Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti yolunun 31-ci km-də yolun hərəkət hissəsi zədələndiyi üçün avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti yolunun 31-ci km-də yolun hərəkət hissəsi zədələndiyi üçün avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Daxili dövlət əhəmiyyətli Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti avtomobil yolunun 32-ci km-də (Buknar kəndi yaxınlığında) məcrasından çıxmış vadi mövcud boru körpüsünü və yolun hərəkət hissəsini zədələyib-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

Qeyd olunan hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Hazırda müvafiq texnika səfərbər olunur və ən qısa zamanda zədələnmiş yolun bərpa işlərinə başlanılacaq.