Şahzadə Harri amerikalı aktrisa, Meqan Markl ilə evlənəcək
Şahzadə Harri amerikalı aktrisa, Meqan Markl ilə evlənəcək

Şahzadə Harri amerikalı aktrisa, Meqan Markl ilə evlənəcək, – bu barədə rəsmi məlumatı Harrinin atasının, şahzadə Çarlzın igamətgahı – Klarens Hauz yayır.

Bəyatana əsasən, toy mərasimi yazda planlaşdırılıb. Bundan sonra cütlük Londonda, Kensinqton Sarayında yaşayacaq.

Şahzadə, Meqan Marklın valideynlərindən artıq xeyir duasını aldı.

Şahzadə Harri və Meqan Markl bərabər ilk dəfə sentyabrda göründülər.