Saqarecoda bir nəfər qaynar qudronun içinə düşdü
Saqarecoda bir nəfər qaynar qudronun içinə düşdü

Saqareco munisipalitetinin Xaşmi kəndində 1979-cu il təvəllüdlü İran vətəndaşı Ali Reyhan, hansı ki, həmin kənddə ev tikirdi, qaynar qudronun içinə düşdü.

Birinci Kanalın jurnalistinin məlumatına görə, Ali Reyhan ağır vəziyyətdə öncə Saqareco xəstəxanasına aparıldı, sonra isə, fövqəladə tibb briqadası tərəfindən yanma mərkəzinə aparıldı.

Saqareco xəstəxanasının rəhbəri Aleksandre Sartania Birinci Kanala bəyan etdi ki, kişinin bədəninin 80%-i yanıb, ona görə də, təcili olaraq, Tbilisiyə xəstəxanaya göndərilməli idi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə aparılır.