Saqarecoda baş verən yol qəzasında bir nəfər həlak olub.
Hadisə şahidlərinin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi iddia edilən avtomobil 3 saylı ictimai məktəbin yaxınlığında hərəkət edən qadını vurub, daha sonra isə ağaca çırpılıb. Qadın yerindəcə keçinib, avtomobildə olan Saqareconun birinci orta məktəbinin şagirdləri isə yaralanıb.
Altı şagird müxtəlif bədən xəsarətləri ilə Saqareco “Geo-Hospitals” klinikasına yerləşdirilib. Klinikadan açıqlandığı üzrə, şagirdlərin vəziyyəti stabildir, heç birinin reanimasiyaya ehtiyacı yoxdur və onlar müşahidə altındadırlar.
Polis hadisə yerinə səfərbər edilib. Faktla bağlı istintaq aparılır.