Saqarecoda 14 yaşlı həyat yoldaşını öldürməkdə ittiham olunan şəxs saxlanılıb
Polis Saqarecoda baş vermiş 14 yaşlı həyat yoldaşını qəsdən qətlə yetirmə faktı üzrə bir kişini saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
İdarədən verilmiş məlumatda cinayətin 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutduğu deyilir.
“Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı ağırlaşdırıcı halda törədilmiş qəsdən adam öldürmə və qanunsuz silah saxlama faktları üzrə 1996-cı il təvəllüdlü, axtarışda olan A.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edib ki, təqsirləndirilən şəxs Saqareco Munisipalitetinin kəndlərindən birində 2009-cu il təvəllüdlü A.Ş.-yə odlu silahdan atəş açmaqla ölümcül xəsarətlər yetirib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları A.S.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.
Polis cinayətin silahını sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci əlavəsinin 109, 143 və 236-cı maddələri ilə davam etdirilir, bu maddələr yetkinlik yaşına çatmayan şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi, ailə üzvünün qəsdən öldürülməsi və qanunsuz olaraq odlu silah gəzdirilməsini nəzərdə tutur.
Buradaca qeyd edirik ki, Kvemo Kartli Polis Departamentində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci əlavəsinin 150-ci əlavə maddəsi ilə A.Ş-ə qarşı mümkün nikaha məcbur etmə faktı ilə bağlı istintaq aparılır. İş üzrə bütün lazımi istintaq və prosessual hərəkətlər aparılır”- məlumatda bildirilir.