Saqareco Munisipalitetində baş verən qəzada bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
Saqareco Munisipalitetində baş verən qəzada bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

Saqareco Munisipalitetində qəza qurbanla nəticələnib. Hadisə Manavi kəndi yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Bakurtsixidən Tbilisiyə doğru hərəkət edən avtomobil sürüşərək yüngül avtomobillə, daha sonra isə mikroavtobusla toqquşub.

Toqquşma nəticəsində 1 nəfər yerindəcə ölüb, 7 sərnişin yaralanıb, onların səhhətləri hazırda stabildir.

Hadisə ilə bağlı yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma maddəsi ilə istintaq aparılır.