Saburtalo klasterinin kontaktları ilə əlaqədar bir neçə nəfər karantin məkanlarına aparılacaq
Saburtalo klasteri ilə əlaqədar kontaktların tədqiqi çərçivəsində,bir neçə nəfəri karantin məkanlarına aparacaqlar.
Gürcüstanın Birinci Kanalının jurnalistinin məlumatına görə,onlar , bir ailənin bir neçə üzvünün koronavirusa yoluxmasının təsdiqləndiyi bina yaxınlığında yaşayırlar .
Vətəndaşların sözlərinə görə,bir neçə şəxs karantin məkanlarına,həkimlərin müşahidəsinə keçmək istədiklərini şəxsən bildiriblər,çünki müəyyən olunduğu üzrə,koronavirusa yoluxmuş şəxslərdən biri onların binasında qonaq olub.
Ərazidə epidemioloqlar işləyirlər.Həmçinin patrul polis əməkdaşları da ərazidədirlər.
Bəhsi keçən məsələ ilə bağlı rəsmi şərh hələlik verilməyib.
Hazırladı-Sevinc Mustafayeva