Sabahdan məktəblərin geniş-miqyaslı yoxlanışı keçiriləcək

Əmək şəraitlərinin inspeksiya departamentinin rəhbəri Beka Peradzenin bəyanatına görə, məktəblərin yoxlanışı davam edir və artıq 1500-ə qədər məktəb yoxlanılıb.

“624 məktəbə fəaliyyətinə davam etməsi üçün icazə verildi. 81 məktəb gərəkən standartları qane edə bilmədi, digərləri isə, prosesdədirlər və yoxlanış sonrası qərar veriləcək.

Sentyabrın 15-nə qədər proses başa çatacaq. İndividual hallar da ola bilər, ancaq bu kütləvi xarakter daşımayacaq.

Məktəb direktorlarına və müəllimlərə tapşırıqlar və rekomendasiyalar verilib” – dedi Beka Peradze.