Sabahdan etibarən Tbilisidə uşaq bağçaları müvəqqəti olaraq bağlanırlar
Sabahdan etibarən, epidemioloji vəziyyət düzələnə qədər, ölkə miqyasında bütün uşaq bağçaları müvəqqəti olaraq, dayandırılacaq.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Tbilisi hökümət iclasında verdi.
Onun dediyinə görə, qeyd olunan qərar dünən idarələrarası koordinasiya şurasında verildi.
“Uşaq bağçalarında təhsil prosesini bərpa etmişdik, ancaq mövcud olan epidemioloji vəziyyətə görə, 40-a qədər bağçayı bağlamalı olduq. Qərar verdik ki, epidemioloji vəziyyət düzələnə qədər, uşaqlarımızın sağlamlığının təlühkəsizliyi baxımından, müvəqqəti olaraq, uşaq bağçalarının fəaliyyəti dayandırılacaq” – dedi Kaxa Kaladze.