Sabahdan etibarən stomatoloji klinikaların planlı xidməti bərpa olunacaq
Sabahdan etibarən ölkə miqyasında stomatoloji klinikaların fəaliyyəti bərpa olunacaq.
Paralel olaraq, tibbi müəssisələr tərəfindən covid-19-un prevensiyası məqsədi ilə müvafiq rekomendasiyaların həyata keçirilməsi yoxlanacaq.
Bu vaxt üçün əldə edilən məlumata görə, 191 obyekt yoxlanılıb, hansılardan 164-nə fəaliyyətinin bərpası üçün icazə verildi.
Tariflərə gəlincə isə, Stomatoloqlar Asosiyasiyasının prezidenti Keti Qorqiladzenin bəyan etdiyinə görə, klinikaların böyük hissəsi xidmətlərini bahalandırmalı olacaq, çünki prevensiya inventarları üçün klinikaların müəyyən xərcləri olacaq.
Keti Qorqiladzenin dediyinə görə, klinikalar tariflə bağlı və sairə maliyyə qərarlarını özləri verirlər. Misal üçün, elə klinikalar var, adi tariflə bərabər, pasiyentdən ayrıca 20 lari tələb edəcəklər.