Sabahdan aparıcı və mentor müəllimlərin əmək haqqları artır
Sabahdan aparıcı və mentor müəllimlərin əmək haqqları artır

Aparıcı müəllim 500 larinin əvəzinə maaş şəklində 700 lari,  mentor müəllim isə 700 əvəzinə 100 lari alacaq – bu barədə Birinci Kanala, Gürcüstan Təhsil və Elm Nazirliyində bildirdilər.

“Məqsədimiz məktəb müəllimləri üçün motivləşdirmənin artırılmasıdır. Gürcüstan miqyası ilə hazırda 153 aparıcı və 7 menrtor müəllimi var. Bu təşəbbüs ilk mərhələdə onlara aid olacaq. Gələcəkdə maaşların artması başqa kateqoriyalara da aid olacaq”, – Təhsil və Elm Nazirliyinin nümayəndəsi, mariyam Tabatadze bəyan etdi.

Müəllimlərin peşəkarlığının inkişafı və karier irəliləyişi sxemi artıq iki ildi işləyir.

Sxemə əsasən pedaqoqlar 4 kateqoriyaya bölüşdürüldülər – təcrübi, baş, aparıcı və mentor.