Sabah Gürcüstana rəsmi səfərlə Ermənistan prezidenti Armen Sarkisyan gəlir

Sabah Gürcüstana rəsmi səfərlə Ermənistan prezidenti Armen Sarkisyan gəlir.

Bu haqda məlumatı Gürcüstan prezidentinin administrasiyası yayır.

Ermənistan respublikasının prezidenti Armen Sarkisyan və həyat yoldaşı Nunu Sarkisyanın rəsmi qarşılanma mərasimi aprelin 15-də, Orbeliani sarayında keçiriləcək.

Rəsmi səfər çərçivəsində, Ermənistan və Gürcüstan prezidentlərinin üzb-üz və geniş miqyaslı görüşləri planlaşdırılıb. Daha sonra isə, prezidentlər medya üçün bəyanatlar verəcəklər.

Həmçinin, Ermənistan prezidentinin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü planlaşdırılıb.

Rəsmi səfər çərçivəsində, Ermənistan prezidenti erməni kafedra kilsəsini ziyarət edəcək.