Sabah günün ikinci yarısından Gürcüstanda havanın kəskin şəkildə pisləşməsi gözlənilir
Sabah günün ikinci yarısından avqustun 31-nə qədər, Gürcüstanda havanın kəskin şəkildə pisləşməsi gözlənilir, – bu barədə məlumatı Ətraf Mühitin Qorunmasının Milli Agentliyi yayır.
Agentliyin məlumatına görə, sabah yağış, dolu və güclü külək, dənizdə isə, 4-5 ballıq qasırğa gözlənilir.
Agentliyin məlumatına görə, dağlıq yerlərdə dağ ətəyindən çamır sürüşməsi də gözlənilir.