Sabah "Astrazeneka" vaksinasının ikinci dozası üçün qeydiyyat başlayır
Sabah, mayın 5-dən, “Astrazeneka” vaksinasının ikinci dozası üçün qeydiyyat başlayır.
Xəstəliklər Nəzarətinin Milli Mərkəzindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, qeydiyyat sabah günün ikinci yarısından başlayacaq.
Birinci peyvənddən 4-12 həftəlik interval ilə, vətəndaşlar vaksinanın ikinci dozası üçün qeydiyyatdan keçəcəklər.
“Astrazeneka” vaksinasının birinci dozasını alan vətəndaşlar üçün yaş məhdudiyyəti olmayacaq.
Xatırladaq ki, mayın 6-da, ölkə “Astrazeneka” vaksinasının 43 mindən artıq dozasını dözləyir, hansının gətirilməsinə “UNİCEF” yardım edir.
Eyni miqdarda vaksinanın ilk partiyasını ölkə martın 13-də aldı.