Tbilisidə, Kostava-Şartava reabilitasiya edilən küçələrinin yol kəsişməsində ağaclar əkildi.
Yaşıllandırma işlərinə Tbilisinin meri Kaxa Kaladze də qoşuldu.
Onun dediyinə görə, paytaxtın ən çox yaşıllıqlara ehtiyacı var və yol kəsişmələrindəki bütün kiçik bölgələrdə bitkilər səpiləcək.
Saakadze meydanındaki 2000 kvadrat metrlik bölqədə 4 növlü 200 bitki səpiləcək.
Həmin ərazidə suvarma sistemi də var.
Paytaxt merinin qeyd etdiyinə görə, ilin sonunadək Tbilisinin müxtəlif küçələrindəki skverlərdə və bağçalarda 12 000 ağac əkiləcək.





