Rustavidə, 16 saylı orta məktəbdə yeddinci sinifin səkkiz şagirdinin sağlamlıq vəziyyəti eyni zamanda pisləşdi.
Birinci kanalın hadisə yerində olan jurnalisti bəyan edir ki, məktəbə təcili tibbi yardım çağırıldı.
Yeniyetmələrə yerindəcə tibbi yardım göstərildi və onlardan üçü evə göndərildi.
Uşaqların zəhərlənmələrinin səbəbi hələlik məlum deyil.
Müəllimlər baş verən hadisənin səbəbi olaraq, içməli suyun kirlənməsini hesab edirlər.