Rustavidən Tbilisi istiqamətinə doğru gələn avtomobil çevrildi
Rustavidən Tbilisi istiqamətinə doğru gələn avtomobil çevrildi

Rustavidən Tbilisiyə doğru gələn avtomobil yolda çevrildi.

Ehtimala görə, avtomobil sürücüsü sükanı idarə edə bilmədi.

“Leksus” markalı avtomoblin sürücüsünü, yoldan keçən vətəndaşlar bir neçə dəqiqə ərzində maşından çıxardmağa çalışırdılar, ancaq daha sonra vəziyyətə patrul polisinin əməkdaşları müdaxilə etdilər və sürücü maşından sağ-salim çıxardıldı.

Hadisə yerində patrul polisi istintaq aparır.