Rustavidə nəzarət-buraxılış məntəqələrinin sökülməsi prosesi aparılır

Rustavidə nəzarət-buraxılış məntəqələrinin sökülməsi prosesi aparılır.Sabah səhər ,  saat 06:00-dan etibarən Rustaviyə giriş və çıxışa qoyulan məhdudiyyətlər tamamilə qaldırılır.

Bu dəqiqələrdə Rustavinin girişlərindəki 4 nəzarət-buraxılış məntəqəsinin hər birinin sökülməsi prosesi  aparılır.Prosesdə şəhərin rəhbər şəxsləri iştirak edirlər.Rustavinin meri,İrakli Tabağua da  ərazidədir.

Rustavi koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bağlanılıb.Hökumətin qərarı ilə,Rustavi ilə yanaşı,Tbilisi,Batumi və Kutaisi də bağlanılmışdı.

Mayın 18-də Marneuli  Munisipalitetinin açılmasının da anonsu verilib.

 

Hazırladı –Sevinc Mustafayeva