Rustavidə itkin düşən 14 yaşlı yeniyetmə dünyasını dəyişmiş vəziyyətdə tapılıb
Rustavidə itkin düşən 14 yaşlı yeniyetmə dünyasını dəyişmiş vəziyyətdə tapılıb

 

Bir neçə gün davam edən axtarışlardan sonra Rustavidə itkin düşən 14 yaşlı yeniyetmə Kür çayında dünyasını dəyişmiş vəziyyətdə tapılıb.

Mövcud məlumata görə, yeniyetmə sonuncu dəfə dostları ilə çayda olub.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında yeniyetmənin meyitinin itkin düşdüyü yerdən 23 kilometr aralıda aşkar edildiyi deyilir.

Rustavidə 14 yaşlı yeniyetmə altı gün boyunca axtarılırdı.