Rustavidə güclü yağış nəticəsində bir neçə küçəni su basıb

19:11, 20.06.2024

 

Güclü yağış Rustavidə problemlər yaradıb. Bol yağıntı nəticəsində bir neçə küçəni su basıb. Leonidze və Mesxişvili küçələrinin kəsişməsində vəziyyət xüsusilə ağırdır. Yolun bir neçə hissəsində avtomobillə hərəkət imkansızdır.

Hadisə yerinə yanğınsöndürmə-xilasetmə xidməti səfərbər edilib, suyun çəkilməsi işləri aparılır.

Oxşar