Rustavidə "Ətraf mühitin qorunması məsuliyyəti haqqında!" qanunlayihənin təsdiqlənməsi tələbi ilə aksiya keçirildi
Rustavi sakinləri “Ətraf mühitin qorunması məsuliyyəti haqqında” qanunlayihənin üçüncü oxunuşla qəbul edilməsini tələb edirlər.
Qeyd olunan tələblə, Rustavi sakinləri şəhər meriyasının yanında etiraz aksiyası keçirdilər və dəyişikliklərin qəbulu üçün parlamentə martın 4-nə qədər vaxt verdilər.
Əks təqdirdə, aktivistlər və yerli əhali martın 7-dən etiraz aksiyalarını anons edəcəklər.
Onlar əraziyi bağlayacaqlarını da istisna etmirlər.
Yerli sakinlərin bəyanatına görə, şəhərin ətrafında olan müəssisələr Rustavidə havayı narahat edirici dərəcədə kirlədirlər.

