Rustavidə daşqına qarşı qoruyucu kanalların inşaatı həyata keçirilir
Rustavinin yaxınlığında yerləşən Yağluca dağının ətəyindən axan yağış suyundan yaranan daşqından, şəhərin küçələrini qorumaq üçün suyun ötürücü kanallarının inşaatı həyata keçirilir.
Bu haqda məlumatı Avtomobil yolları departamenti yayır.
İdarənin məlumatına görə, illər ərzində, Rustavi şəhərində bir neçə küçəyi dağdan gələn su axınına görə su basırdı.
Rustavidə həyata keçirilən layihə çərçivəsində, Yağluca dağından axan suyun qarşını almaq məqsədi ilə ötürücü kanallar inşaat ediləcək.
Layihənin dəyəri 12 466 145 laridir və ilin sonuna qədər başa çatacaq.