Gürcüstanda bügün qeydə alınan koronavirus hallarından biri Rustavidə aşkarlandı.
İnfeksiyaya yoluxan vətəndaş 87 yaşlı qadındır.
Pasiyenti yüksək temperatur ilə, xəstəxanaya apardılar və orda koronavirus diaqnozu təsdiqləndi.
Hazırda 87 yaşlı qadınla ünsiyyətdə olan yaxınları tibbi yoxlanışdan keçirlər.
Gürcüstanda bugün koronavirusun 10 yeni halı qeydə alınıb, iki pasiyent isə, sağalıb.