"Rustavi su" şirkətinin direktoru - 16 saylı məktəbin şagirdləri sudan zəhərlənməyiblər
Rustavi şəhərində, milli standartların nəzərə alındığı parametrlərlə keçirilən laboratoriya tədqiqatına əsasən, 16 saylı məktəbin şagirdlərinin sudan zəhərlənmələri istisna olunur, – bu barədə bəyanatı “Rustavi su” şirkətinin baş direktorunun birinci müavini Temur Canelidze verdi.
Onun dediyinə görə, “Rustavi su” şirkəti suyun dörd müxtəlif nümunələrinə kimyəvi analiz keçirdi.
“Qeyd olunan faktın aşkarlanmasından dərhal sonra tədqiqat keçirdik və müxtəlif laboratoriya analizləri nəticəsində deyə bilərik ki, bugün Rustavinin 16-saylı məktəbində baş verən zəhərlənmə faktının içməli su ilə əlaqəsi yoxdur” – dedi Temur Canelidze.