"Rustavi-2"-dən bir neçə əməkdaş azad ediləcək, onların arasında Nodar Meladze və Giorgi Qabunia var
“Rustavi-2” teleşirkətinin mətbuat xidmətinin rəhbəri Nodar Meladze və kanalın bir neçə əməkdaşı işdən azad ediləcəklər, – bu barədə bəyanatı “Rustavi-2” kanalının yeni baş direktoru Paata Salia bugün keçirdiyi brifinqdə verdi.
Paata Salia Brifinqdə bunun səbəbi olaraq, “maraq münaqişəsini” adlandırdı.
Onun dediyinə görə, bir neçə əməkdaş tətildən qayıtdıqdan sonra işdən azad ediləcəklıər.
Azad edilənlər arasında Giorgi Laperaşvili, Giorgi Qabunia, Eka Kvesitadze və digərləri var.