Rustaveli prospektində dünən vurulan yeniyetmənin sağlamlıq vəziyyəti biraz düzəldi
Rustaveli prospektində dünən vurulan yeniyetmənin sağlamlıq vəziyyəti biraz düzəldi

İnqorokva klinikasının həkimi Konstantine Mumladzenin dediyinə görə, dünən Rustavelidə vurulan gəncin vəziyyəti əməliyyatdan sonra biraz yaxşılaşdı.

“Pasient hələ reanimasiya bölməsindədir, sünii nəfəs alma aparatından çıxardıldı və vəziyyəti stabildir. Bu mərhələdə şok vəziyyəti ləğv edilib. Günün ikinci yarısında isə, pasient palataya köçürüləcək” – dedi həkim.

Həddi buluğa çatmayan gəncə ürək zonasından 4 zərbə vurulub. Hadisə dünən Rustaveli prospektində baş verdi.