Rustaveli-Mtatsmindanı birləşdirən kanat yolunun bərpası layihəsinə başlanılıb

 

Rustaveli-Mtatsmindanı birləşdirən kanat yolunun bərpası layihəsinə rəsmi olaraq başlanılıb.

Tbilisi meri, Kaxa Kaladze müqaviləçi şirkətlərin nümayəndələri ilə birlikdə inşaat meydançasının ərazisində rəmzi kapsul atıb.

Tbilisi Meriyasından verilən məlumata əsasən, tikinti-memarlıq hissəsinə kanat xəttinin aşağı və yuxarı stansiyalarının tam bərpası və beş yeni qüllənin təməlinin quraşdırılması kimi işlər daxildir. Sözügedən işləri “Daqi” tikinti şirkəti həyata keçirəcək , mühəndis-texnoloji hissəyə Avstriyanın “Doppelmayr Seilbahnen GmbH” şirkəti cavabdehdir.

Onların sözlərinə görə, Rustaveli-Mtatsmindanı birləşdirən kanat yolu saatda 1200 sərnişinə xidmət göstərəcək. Xəttdə 21 qondola olacaq, yolun qət edilməsinin orta sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu isə 845,55 metr olacaq.

Kanat yolunun 2022 -ci ilin sonuna istifadəyə verilməsi planlaşdırılır və idarə üçün Mtatsminda Parkına veriləcək.