"Rustaveli" kinoteatrının önündə Rezo Esadzenin ulduzu açılacaq

“Rustaveli” kinoteatrının önündə məşhur gürcü rejissoru Rezo Esadzenin ulduzu açılacaq.

Tədbirin təşkilatçıları Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və həmçinin, Gürcüstan Kinematoqrafiyasının Milli Mərkəzi və özəl şirkətlərdir.

Ulduzun açılması eyni zamanda rejisor, ssenarist, aktyor, rəssam və şair olan Esadzenin 85 illik yubileyinə həsr olunur.

Bugün həmçinin, Rəssamlıq Sənəti Muzeyində Rezo Esadzenin rəsm əsərlərinin sərgisi və kataloqunun təqdimatı keçiriləcək.