Ruslan Stefançuk, Ukrayna Ali Radasının Rusiyanın Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıdığını bildirir
Ukrayna Ali Radası Rusiyanın Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıdı – bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk “Twitter” sosial şəbəkəsində yazır.
Ukrayna mətbuatının məlumatına görə , müvafiq bəyanatı 363 millət vəkili dəstəkləyib. Sənədin müəllifləri, Rusiya hökumətinin dəfələrlə hərbi müdaxilənin məqsədlərindən biri olaraq denasifikasiyanın olduğunu bəyan etdiyini, Rusiya hökumətinin ukraynaca danışan, özünü ukraynalı hesab edən və müstəqil Ukrayna dövlətində yaşamağa can atan hər kəsi “nasist” olaraq gördüyünü qeyd edirlər.
Ali Rada BMT-ni, Avropa Parlamentini, Avropa Şurası Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyası, eləcə də NATO Parlament Assambleyasını, dünya dövlətlərinin hökumətləri və parlamentlərini Rusiyanın Ukrayna xalqına qarşı soyqırımını tanımağa çağıran qətnamə qəbul edib.
Bundan başqa, Ukrayna mətbuatının məlumatına əsasən, Ali Rada Rusiyanın terror dövləti kimi tanınması və “V” və “Z” simvollarının qadağan edilməsi haqqında qanunlayihə qəbul edib.