Rusiyanın “Qosfilmfond” kinosaxlancında müdafiə olunmuş gürcü kinolarının Gürcüstana dönməsi prossesi davam edir.
Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi, Milli Kino Mərkəzi, TBC Bankı, GMT qrupu və “IDS Borcomi Gürcüstan” şirkətinin dəstəyi ilə, Gürcüstana “Qosfilmfond” kinosaxlancında müdafiə olunmuş 11 film döndü.
Söhbət 1925-dən 1975-ci ilə qədər çəkilmiş qarşıdakı filmlərdən gedir:
- “Kortsili” – rejissoru Mixeil Kobaxidze;
- “Kolqa” – rejissoru Mixeil Kobaxidze;
- “Musikosebi” – rejissoru Mixeil Kobaxidze;
- “Peola” – rejissoru Baadur Tsuladze;
- “Şerekilebi” – rejissoru Eldar Şenqelaia;
- “Prtosani Mğebavi” – rejissoru Leo Esakia;
- “Kaceti” – rejissoru Kote Mikaberidze;
- “Vin aris damnaşave” – rejissoru Al. Tsutsunava;
- “Amoki” – rejissoru Kote Marcanişvili;
- “Samanişvilis Denasvali” – rejissoru Kote Marcanişvili;
- “Eliso” – rejissoru Nikoloz Şenqelaia;
Xatirladaq ki, qeyd olunan prossesin birinci mərhələsində, 2016-ci il noyabrın 17-də Gürcüstana 4 film qaytarıldı.
Mütəxəssislərin güman etdiyinıə görə, “Qosfilmfond” kinosaxlancında müdafiə olunmuş gürcü kinolarının Gürcüstana qaytarılması prossesi 7 ildən sonra başa çatacaq