Rusiyanın Xarkov vilayətində sərhəd kəndini atəşə tutması nəticəsində 2 nəfər həlak olub, Xarkov şəhərinə “İsgəndər” tipli raket zərbələri endirilməsi nəticəsində isə 5 nəfər yaralanıb
Rusiyanın Xarkov vilayətində sərhəd kəndini atəşə tutması nəticəsində 2 nəfər həlak olub, Xarkov şəhərinə “İsgəndər” tipli raket zərbələri endirilməsi nəticəsində isə 5 nəfər yaralanıb

Rusiya qüvvələrinin Xarkov şəhərinə “İsgəndər” tipli raketlərlə endirdiyi zərbələr nəticəsində 5 mülki şəxs yaralanıb. Bu barədə Ukrayna mətbuatı Xarkov vilayətinin administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

Sinequbovun sözlərinə görə, zərbələr Xolodnoqorska həyata keçirilib.

Bundan əlavə, Sinequbovun sözlərinə görə, Xarkov vilayətində sərhəd kəndinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub. Hücum zamanı insanlar avtomobildə olublar.