Rusiyada koronavirusa yoluxanların sayı 400 mini aşıb

 

 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini aşıb.Ölkədə  ötən 24 saat ərzində virusa 9 268 yoluxma halı qeydə alınıb və 138 nəfər dünyasını dəyişib.Rusiya mətbuatı məlumatı Covid 19-la mübarizədə Operativ Qərargaha istinadən yayır.

Rusiya hökuməti tərəfindən yayılmış göstəricilərə əsasən,ölkədə virusun yayılmasından bu günədək,Covid 19-a 405 843 yoluxma halı qeydə alınıb,4 693 nəfər dünyasını dəyişib.

Hazırladı-Sevinc Mustafayeva