Rusiyada gözlənilən terror aktının qarşısının alındığını bəyan etdilər
Rusiyanın Federal Təhlükəsizlik Xidməti, Moskvada yeni ildə və Rusiya Prezidentinin seçkiqabağı kampaniyası dövründə planlaşdırılmış terror aktının qarşısını aldı – bu barədə idarənin direktoru, Aleksandr Bortnikov bəyan etdi.
Mediyanın məlumatına görə, bir neçə nəfər yaxalanıb. Onlar Mərkəzi Asiyadandırlar. Partlayıcı qurğu, odlu silah və döyüş sursatı çıxarılıbdır. Bortnikovun sözlərinə görə, onlar terror aktlarını planlaşdırırdılar, o cümlədən intihar etməklə.