Berlin polisi terror aktının qarşısını aldı

20:21, 08.04.2018

Berlin polisi terror aktının qarşısını aldı. Die Welt-in məlumatına görə, cinayətkarlar Almaniya paytaxtında bu gün keçirilən marafon iştirakçılarına və tamaşaçılara bıçaqla hücum etməyi planlaşdırırdılar.

Altı nəfər, o cümlədəb əsas şübhəli yaxalanıbdır. Almaniya polisinin məlumatına görə, onlar üzərində iki bıçaq aşkar edildi.

Berlində bu gün keçirilən marafonda 32 000 insan iştirak edirdi.

Oxşar