Rusiya XİN işğal altındakı Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərinin nümayəndələri ilə keçirilən görüş haqqında məlumat yayır
Rusiya XİN işğal altındakı Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərinin nümayəndələri ilə keçirilən görüş haqqında məlumat yayır

 
Rusiya XİN işğal altındakı Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərinin nümayəndələri ilə keçirilən görüş haqqında məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Abxaziya separatçı rejiminin nümayəndəsi İrakli Tujba və Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi Konstantin Koçiyevlə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda görüşdə Abxaziya və Cənubi Osetiyanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsindən danışdıqları deyilir.

“Tbilisi tərəfindən Soxumi və Tsxinvaliyə münasibətdə güc tətbiq edilməməsinin hüquqi cəhətdən məcburi təminatlarının tezliklə işlənib hazırlanması, eləcə də Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya dövlət sərhədlərinin delimitasiyası prosesinə bir sonrakı demarkasiya ilə başlanmasının zəruriliyi vurğulanıb” -deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.