Rusiya XİN-dən bildirirlər ki, Rusiya Ukraynaya silah daşıyan ABŞ və NATO-ya məxsus nəqliyyat vasitələrini qanuni hərbi hədəf olaraq görəcək
Rusiya Ukraynaya silah daşıyan ABŞ və NATO-ya məxsus nəqliyyat vasitələrini qanuni hərbi hədəf olaraq görəcək-bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rus mətbuatına danışıb.
“ABŞ-NATO-nun silahlarla Ukrayna ərazisinə istiqamət götürəcək nəqliyyat vasitələrinin bizim tərəfimizdən qanuni hərbi hədəf olaraq görüləcəyinə dair xəbərdarlıq edirik”.
Diplomat bildirib ki, Qərbin Rusiya silahlı qüvvələrinin və ya onun separatçı regiondakı müttəfiqlərinin sürətinin azaldılması və ciddi zərər vurmaq cəhdinin qarşısı qəti şəkildə alınacaq.