Rusiya Xəzinədarlıq Departamentinin katibi Canet Yellen də daxil olmaqla 61 ABŞ rəsmisinə sanksiya tətbiq edib
Rusiya Xəzinədarlıq Departamentinin katibi Canet Yellen də daxil olmaqla 61 ABŞ rəsmisinə sanksiya tətbiq edib.
“CNN” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayır.
Medianın məlumatına görə, sanksiya tətbiq edilənlər arasında ABŞ Dövlət Departamentinin əməkdaşları, ticarət nümayəndəsi Ketrin Tay və Sanksiyalar üzrə Koordinasiya Bürosunun rəhbəri Ceyms O’Brayen də var. Bütün rəsmi şəxslərin Rusiyaya girişi qadağan edilib.
Rəsmi şəxslərdən başqa, müdafiə şirkətləri, media platformaları, reytinq agentlikləri, həmçinin təyyarə və gəmi istehsalı şirkətlərinə də sanksiyalar tətbiq edilib.
Rusiya mətbuatının da yazdığı üzrə, bu qərar ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə, eləcə də yerli biznes nümayəndələrinə qarşı tətbiq etdiyi, getdikcə artan sanksiyalara qarşı qəbul edilib.