Rusiya Xarici Kəşfiyyatının rəhbəri Serqey Narışkin İrəvanda Nikol Paşinyanla görüşüb
Rusiya Xarici Kəşfiyyatının rəhbəri Serqey Narışkin dünən, iyulun 18-də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə “Azadlıq Radiosu” məlumat yayır.
Medianın yazdığı üzrə, Ermənistan hökumətinin mətbuat xidməti detallı məlumat vermədən Serqey Narışkinin Paşinyanla görüşündə beynəlxalq və regional təhlükəsizlik, Cənubi Qafqazda cərəyan edən prosesləri müzakirə etdiyini bildirib.
Eyni zamanda, mətbuat Serqey Narışkinin gəlişinə üç gün qalmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin gözlənilmədən Ermənistana səfər etməsi ilə əlaqədar yazır.
“Mənim İrəvana səfərim birmənalı olaraq amerikalı həmkarımın gəlişi ilə bağlı deyil, lakin əksinə, onun səfərinin mənimlə bağlı olmasını istisna etmirəm” –deyə Narışkin Rusiya mətbuatına danışarkən deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi Uilyam Bernsin səfərinin məqsədi ilə bağlı açıqlama verməyib.