Rusiya Xarici İşlər Nazirliyində iyulun 17-dən sonra “Taxıl sazişi”ni davam etdirmək üçün heç bir əsas olmadığını bildirirlər
Rusiya Xarici İşlər Nazirliyində iyulun 17-dən sonra “Taxıl sazişi”ni davam etdirmək üçün heç bir əsas olmadığını bildirirlər

 
İyulun 17-dən sonra “Taxıl sazişi”nin davam etdirilməsi üçün heç bir əsas yoxdur-bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin bəyanatında Moskvanın “öhdəliklərinə vicdanla və məsuliyyətlə yanaşmağa” davam etdiyi və həmçinin sənədin müddəti bitməmiş bütün gəmiləri Qara dənizdən çıxarmağa çalışdığı deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Qərbin hazırkı mövqeyi və BMT-nin susqunluğu nəzərə alınarsa, “Taxıl sazişi”ni davam etdirmək üçün heç bir əsas olmadığını açıqlayıb.

“İstanbul sazişlərinin imzalanmasından bir il sonra heç kimdə nə Qara dəniz təşəbbüsünün humanitar yönümlü olması, nə də daxili ixracın normallaşdırılmasına dair Rusiya-BMT memorandumunun həyata keçirilməsi perspektivi barədə heç bir illüziya yoxdur. Buna baxmayaraq, arqumentlər istifadə olunmağa davam edir, bunun mahiyyəti ondan ibarətdir ki, Ukrayna məhsulu olan-qarğıdalısız dünya acından öləcək, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi qeyri-qanuni birtərəfli sanksiyalar qida və gübrəyə şamil edilmir” – deyə qurumdan bildirirlər.