Rusiya Severodonetskə, Lisiçansk və Odessa vilayətlərinə hava zərbələri endirib, ölən və yaralananlar var
Rusiya Ukraynanın bölgələrini bombalamağa davam edir. Rusiya işğalçı qüvvələrinin Severodonetsk və Lisiçanska endirdiyi hava zərbələri nəticəsində 2 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Partlayışın hədəfinin xəstəxana binası olması barədə məlumat yayılır.
Bu gün səhər saatlarında Rusiya hərbçiləri Odessa vilayətinə raket zərbəsi endiriblər. Bombardıman nəticəsində biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Odessaya endirilən raket hücumu turizm infrastrukturu və binalara zərər verib.