Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Rusiyanın Ukraynanın Aİ-yə qoşulmasına qarşı çıxmadığını bildirir

 
Rusiya Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı çıxmır-bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Rusiya mətbuatına müsahibəsində bildirib.

” Rusiya Federasiyası öz növbəsində Ukraynanın Avropa İttifaqına daxil olmaq istəklərinə etiraz etmir” -deyə Medinski bildirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, “Kiyev hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları yerləşdirməkdən və qarant ölkələrin razılığı olmadan hərbi təlimlər keçirməkdən imtina edəcəyi vədini verir”.

” Təhlükəsizlik təminatları Krım və Sevastopol ərazilərinə şamil edilmir, Ukrayna Krım və Sevastopolu hərbi yolla qaytarmaq arzusundan imtina edir və bunun yalnız danışıqlar yolu ilə mümkün olduğunu deyir. Əlbəttə, bu, bizim mövqeyimizə uyğun deyil, lakin Ukrayna öz yanaşmasını formalaşdırıb” -deyə Medinski bildirib.