Rusiya Müdafiə Nazirliyində "Vaqner"in ağır texnikasının Rusiya Silahlı Qüvvələrinə təhvil verilməsi üçün hazırlıqlara başlanıldığını bildirirlər
Rusiya Müdafiə Nazirliyində "Vaqner"in ağır texnikasının Rusiya Silahlı Qüvvələrinə təhvil verilməsi üçün hazırlıqlara başlanıldığını bildirirlər

 

Rusiya Müdafiə Nazirliyində “Vaqner” özəl hərbi şirkətinin ağır texnikasının Rusiya Silahlı Qüvvələrinə təhvil verilməsi üçün hazırlıqlara başlanıldığını bildirirlər. Bu barədə “BBC”nin rus xidməti məlumat yayır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimer Putin “Vaqner” döyüşçülərinə Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı, ailələrinin yanına qayıtmağı və ya Belarusa getməyi təklif etmişdi.

“Kim istəyirsə Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Təkrar edirəm, seçim sizin hər birinizin öz ixtiyarındadır, ancaq əminəm ki, bu, faciəvi səhvini dərk etmiş rus döyüşçülərinin seçimi olacaq”-deyə Putin dünən müraciətində açıqlayıb.

Müdafiə Nazirliyinə bağlı teleqram kanalı “Vaqner”in bölmələrinin artıq Belarus ərazisinə daxil olduğuna dair məlumat yayır. Mövcud məlumatlara əsasən, Yevqeni Priqojinin özü də artıq Belarusdadır.

Səhər saatlarında “Vaqner”in yaradıcısının şəxsi təyyarəsi Minsk yaxınlığındakı hərbi aerodromda yerə enib.