Rusiya Müdafiə Nazirliyi- Qarabağda rus sülhməramlıların avtomobili atəşə tutulub
Rusiya Müdafiə Nazirliyi- Qarabağda rus sülhməramlıların avtomobili atəşə tutulub

 
Qarabağda rus sülhməramlıların avtomobili atəşə tutulub, avtomobildəki hərbçilər həlak olublar-bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlanıb.

Məlumata görə, sülhməramlılara məxsus avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən odlu silahdan atəşə tutulub və hərbçilər həlak olub.

Rusiya Müdafiə Nazirliyindən açıqlandığı üzrə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.