Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 27 pilotsuz uçuş aparatının məhv edildiyini bildirir
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 27 pilotsuz uçuş aparatının məhv edildiyini bildirir

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 27 pilotsuz uçuş aparatının məhv edildiyini bildirir. Orqanın məlumatına əsasən, onlardan 20-si hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Dronlardan 18-i Kursk vilayətində, daha ikisi isə Belqorod üzərində məhv edilib.

Bundan əvvəl Kursk qubernatoru Roman Starovoit bildirmişdi ki, Kursk şəhəri və ətraf ərazilərdə 12 pilotsuz uçuş aparatı vurulub, dağıntılar Kursk şəhəri və Zorino kəndinə düşüb. Qubernatorun sözlərinə görə, xəsarət alan olmayıb.