Rusiya Müdafiə Nazirliyi-Ukrayna pilotsuz təyyarələri Rusiya kəşfiyyat gəmisinə hücum edib
Rusiya Müdafiə Nazirliyi-Ukrayna pilotsuz təyyarələri Rusiya kəşfiyyat gəmisinə hücum edib

Ukrayna pilotsuz təyyarələri Boğazın 140 kilometr Şimal-Şərqində Rusiya casus gəmisi “İvan Xurs”a hücum edib-bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin təsdiq etdiyinə görə, hücumda üç Ukrayna kateri iştirak edib. Nazirliyin rəsmi nümayəndəsi İqor Kanaşenkov bildirir ki, “Rusiya gəmisinin ştat silahlanmasından düşmənin bütün katerləri məhv edilib”.

Rusiya tərəfinin məlumatına görə, Qara dəniz donanmasının gəmisi qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirirdi.

Rusiya Müdafiə Nazirliyi həmçinin Ukrayna katerlərinin məhv edildiyini iddia etdiyi kadrlar yayımlayıb.

Ukrayna Silahlı Qüvvələri hələ ki, bununla bağlı açıqlama verməyib.