Rusiya MN-Ukrayna SQ pilotsuz uçuş aparatları ilə Krıma kütləvi hücum həyata keçirməyə cəhd edib
Rusiya MN-Ukrayna SQ pilotsuz uçuş aparatları ilə Krıma kütləvi hücum həyata keçirməyə cəhd edib

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma kütləvi hücuma cəhd etdiyini açıqlayıb. Məlumatı Rusiya mətbuatı yayıb.

Rusiya MN-in məlumatına görə, Kiyev Rusiya ərazisində yerləşən obyektlərə pilotsuz təyyarələrlə hücum etməyə cəhd edib. Onların məlumatına görə, hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım üzərində 19, Belqorod, Kursk vilayətlərində isə bir pilotsuz uçuş aparatını məhv edib.

“Gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumuna cəhd edib. HHMQ Qara dəniz üzərində və Krım Respublikası ərazisində Ukraynaya məxsus 19, Kursk, Belqorod və Oryol vilayətlərinin ərazilərində isə bir pilotsuz uçuş aparatını məhv edib”- məlumatda deyilir.