Rusiya Milli Qvardiyası ağır silahlar və tanklar alacaq
Rusiya Milli Qvardiyası ağır silahlar və tanklar alacaq

 

Rusiya Milli Qvardiyası ağır silahlar və tanklar alacaq. Bu barədə qurumun rəhbəri Viktor Zolotov danışıb

Zolotov bu bəyanatı Vladimer Putinin Kreml meydanında çıxışında üsyan zamanı asayişin qorunmasında iştirak edən hərbçilərə və təhlükəsizlik xidmətlərinin bölmələrinə təşəkkürünü bildirdikdən sonra verib.

Viktor Zolotov Rusiya Milli Qvardiyasına ağır silahlar və tankların verilməsi məsələsinin prezident Putinlə müzakirə olunduğunu bildirib. Onun qeyd etdiyi kimi, Rusiya Milli Qvardiyasının döyüşçüləri keçən həftə sonu silahlı üsyan cəhdində düzgün hərəkət ediblər.