Rusiya mətbuatının məlumatına əsasən, "İnter Rao"-nun törəmə şirkəti Finlandiyaya elektrik enerjisinin verilməsini dayandırır
Rusiya mətbuatının məlumatına əsasən, "İnter Rao"-nun törəmə şirkəti Finlandiyaya elektrik enerjisinin verilməsini dayandırır

 

Rusiyanın “İnter Rao”-sunun törəmə şirkəti Finlandiyaya elektrik enerjisinin verilməsini dayandırır.

Rusiya mətbuatının məlumatına görə, “Rao Nordic Ois” şirkətinin bəyanatında ödəniş edilməməsi səbəbindən Finlandiyaya elektrik enerjisinin tədarükünün dayandırılacağı qeyd edilir.

“Mayın 14-dən elektrik enerjisinin idxalını dayandırmağa məcburuq. Vəziyyətin tezliklə yaxşılaşacağına və Rusiya ilə elektrik enerjisi ticarətinin bərpa olunacağına ümid edirik” -deyə bəyanatda qeyd edilib.

Eyni zamanda, Finlandiyanın şəbəkə operatoru “Fingrid” ölkədə elektrik enerjisi bazarının təhlükə altında olmadığını bildirir. Mayın əvvəlində Helsinki “Rosatom”-la birlikdə “Hanhikiv-1” atom elektrik stansiyasının tikintisindən imtina edib. Finlandiya tərəfi bildirib ki, son illərdə layihə əhəmiyyətli və artan ləngimələrlə üzləşib və Ukrayna hadisələri riskləri daha da artırıb.