Rusiya XİN- Kalininqrad vilayəti ilə Rusiyanın geridə qalan əraziləri arasında Litva üzərindən keçməklə yüklərin tranziti tam bərpa olunmasa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır
Rusiya XİN- Kalininqrad vilayəti ilə Rusiyanın geridə qalan əraziləri arasında Litva üzərindən keçməklə yüklərin tranziti tam bərpa olunmasa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır

 

Rusiya Xarici İşlər Nazirliyindən, Kalininqrad vilayəti ilə Rusiyanın geridə qalan əraziləri arasında Litva üzərindən keçməklə yüklərin tranziti tam həcmdə bərpa olunmasa, Rusiyanın cavab tədbiri görəcəyi bildirilib.

“Kalininqrad vilayəti ilə Rusiyanın geridə qalan əraziləri arasında Litva üzərindən keçməklə yüklərin tranziti əgər yaxın vaxtlarda tam həcmdə bərpa olunmasa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır” – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Reuters” agentliyinin məlumatına görə, Litvanın qərarı ilə, Aİ-nin sanksiya tətbiq etdiyi malların ölkə ərazisində tranziti qadağan edilib. O cümlədən kömür, metal, tikinti materialları və yeni texnologiyaların daşınması qadağan edilib. Mətbuat həmçinin Kremldə, Litvanın qərarının “görünməmiş hadisə” adlandırıldığını yazır.

“Biz bunu qanunsuz hesab edirik. Bu, öyrənilməsi gərəkən ciddi vəziyyətdir” -deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Kalininqrad vilayəti Polşa ilə Litva arasında yerləşir və Rusiya onu Litva ərazisindən keçən dəmir yolları və boru kəmərləri ilə təchiz edir.