Rusiya İstintaq Komitəsindən Ukraynaya məxsus helikopterlərin Bryansk vilayətinin Klimovo yaşayış məntəqəsini bombaladığı bildirilir
Rusiya İstintaq Komitəsindən Ukraynaya məxsus helikopterlərin Rusiyanın Bryansk vilayətinin Klimovo yaşayış məntəqəsini bombaladığı bildirilir.
Mətbuatın yazdığına görə, idarənin rəsmi açıqlamasında qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri iki döyüş helikopterindən istifadə etməklə Rusiyanın hava məkanına daxil olublar və alçaq hündürlükdə uçarkən məqsədyönlü şəkildə yaşayış evlərinə ən azı altı hava zərbəsi endiriblər.
Rusiya tərəfinin məlumatına görə, hava zərbələri nəticəsində heç kim həlak olmayıb, 7 nəfər xəsarət alıb.
Ukrayna hakimiyyəti tərəfindən yayılan məlumatlarla əlaqədar hələlik şərh verilməyib. Klimovo yaşayış məntəqəsi Rusiya-Ukrayna sərhədindən təxminən 20 kilometr uzaqlıqda yerləşir.